Aygün Kazımova: ‘Azərbaycanın divası mənəm’

Aygün Kazımova: ‘Azərbaycanın divası mənəm’
MAQAZİN
14:50 10.03.2012
3283

Xalq artisti Aygün Kazımova ötən gün televiziya proqramlarının birinə verdiyi açıqlamada Azərbaycan şou-biznesində qalmaqal yaradacaq bir neçə fikir səsləndirib.

AZXEBER.COM-un məlumatına görə, Moskvadakı konsert proqramından qayıdan müğənni, Azərbaycan səhnəsinin yeganə divası olduğunu bildirib: “Hər kəs bilir ki, məni "Best Model" yarışmasında Azərbaycanın divası olaraq səhnəyə dəvət ediblər”.

Əlində açar olan müğənni, bu açarın şou-biznesin açarı olduğunu və istədiyi zaman şou-biznesin qapısını açıb-bağlamağa qadir olduğunu söyləyib: “Digərlərindən fərqli olaraq mənim bu açarım realdır. Və mən istədiyim zaman şou-biznesin qapısını aça bilərəm”.

Moskva konsertindən də, danışan sənətçi bu yaxınlarda Safura Əlizadə, Eldar və Nigar cütlükləri və digər sənətçi dostları ilə eyni səhnəni bölüşəcəyini bildirib.

Güləsər Qasımova

OXŞAR XƏBƏRLƏR