Xalq artisti Aygün Kazımova doğum gününü qeyd edir.
AZXEBER.COM xəbər verir ki, müğənni ad günündə yeni mahnısını təqdim edib.
106.3 FM radiosunda canlı yayıma qatılan müğənni qeyd edib ki, mahnının adı "Şairim" adlanır. Mahnının musiqisi Cavanşir Quliyevə, sözləri isə Miryusif Mirnəsiroğluna aiddir.
Müğənni daha sonra qeyd edib ki, bu mahnını yaxın dostu, sirdaşı Cəlal Qurbanova həsr edib: "Mən yeganə, sadiq, sədaqətli dostum Cəlal Qurbanovla fəxr edirəm. Və "Şairim" mahnımı da layiqli dostuma həsr edirəm"
Xalq artisti bu sürprizi ilk dəfə canlı yayımda açıqlayıb.