Aygün Kazımova: "Heç kim mənim jurnalistlərlə aramı vura bilməz"

Aygün Kazımova: "Heç kim mənim jurnalistlərlə aramı vura bilməz"
MAQAZİN
00:39 28.12.2016
3485
«İlk olaraq qeyd edim ki, mən sənətə gəldiyim ilk gündən media ilə, mətbuat işçiləri ilə dost olmuşam, hər zaman onları yanımda görmüşəm və bu hər zaman belə olacaq”
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında xalq artisti Aygün Kazımova Lider TV-nin bayram çəkilişi zamanı mətbuat işçiləri ilə arasında yaşanan anlaşılmazlığa münasibət bildirərkən deyib.
 
Xalq artisti qeyd edib ki, həmin ərazidi sayt əməkdaşlarının olduğundan xəbərsiz olub və konsertə də telekanal izləyicilərini təbrik etmək üçün qatılıb: "Mən ümumiyyətlə konsertin formatından, ssenarisindən xəbərsiz idim. Ora digər müğənnilər kimi dəvət almışam və təbrik üçün səhnəyə çıxmışdım. Hətta orada müsahibə də verdim və əsgərlərimizi yeni il münasibətilə təbrik etdim. Bir daha qeyd edirəm ki, mən ümumiyyətlə orada jurnalistlərin olmasından xəbərsiz olmuşam, onların çadıra buraxılmama səbəbini də bilmirəm. Mən orada jurnalist dostlarımızın olmasını saytlardakı xəbərlərdən oxudum. Yaxşı olar ki, jurnalistlərin çadıra buraxılmamasının səbəbini məndən yox, konsertin təşkilatçılarından soruşsunlar. Bu əgər mənim öz konsertim olsaydı və jurnalistlər ora buraxılmasaydı, yazılanlar haqlı olardı. Amma bir daha qeyd edirəm ki, mən hadisədən xəbərsiz olmuşam. Əgər orada jurnalistlər mənə yaxınlaşsaydı və mən onları saytlardakı yazıldığı kimi həmin ərazidən qovsaydım, o zaman onlar haqlı olardı. Ancaq öz adımdan deyə bilərəm ki, belə hal heç vaxt ola bilməz" 
 
Aygün Kazımova media ilə onun arasına girmək istəyən şəxslərin olduğunu deyib: "Görünən odur ki, bəzi şəxslər mənim mətbuatla olan səmimi münasibətimdən narahat olublar və mənə qarşı belə bir addım atıblar. Tamaşaçılar da bilir ki, mən bu günə qədər hətta jurnalistlərin belə ağlına gəlməyən səmimi açıqlamaları məhz mediaya vermişəm. Bu hər zaman da belə olacaq, kimlərsə bizim aramıza girmək istəyirsə, bu həmin şəxslərin problemidir. Bir daha qeyd etmək istəyirəm ki, o konsert Lider TV-nin idi və orada açılan çadırda kimin olub, kimin olmadığından, kimin oradan çıxarılmasından xəbərsiz olmuşam. Hətta mən orada bir nəçə fotoqraf üçün pozlar da vermişəm və sonradan köməkçim mənə dedi ki, onlar sayt fotoqrafları olublar. Bir daha deyirəm ki, heç kim mənim jurnalistlərlə aramı vura bilməz”.
 
Xalq artisti eyni zamanda ondan incik düşən jurnalistlərlə hər zaman görüşüb, onları dinləməyə hazır olduğunu da deyib.
 
 Xatırladaq ki, bu gün "Qafqazinfo" xəbər portalında Aygün Kazımovanın jurnalistləri çadırdan qovduğu haqda xəbər yayımlanıb. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Od çərşənbəsidir
00:04 03.03.2026
Bu gün Od çərşənbəsidir
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib