Aygün Kazımova Qurtuluş Gününü kursantlarla keçirdi - VİDEO

Aygün Kazımova Qurtuluş Gününü kursantlarla keçirdi - VİDEO
MAQAZİN
14:12 15.06.2025
399
Ölkənin əsas ulduzu, Xalq artisti Aygün Kazımova Heydər Əliyev adına Hərbi İnstitutda çıxış edib.

AZXEBER.COM xəbər verir ki, xalq artisti Aygün Kazımova Milli Qurtuluş Gününə həsr olunmuş tədbir çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutda kursantlar qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib. Tədbirin aparıcılığı tanınmış televiziya siması Leyla Quliyevaya həvalə olunub.

Konsertin yaddaqalan məqamlarından biri də kursantların Xalq artistinə hərbi forma hədiyyə etməsi olub. Bu jest tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda baş tutan bu tədbir Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. 

OXŞAR XƏBƏRLƏR