Xalq artisti son günlər ən çox maraq doğuran xəbərə aydınlıq gətirib. AZXEBER.COM Day.Az saytına istinadən xəbər verir ki, Aygün Kazımova nə üçün Röya ilə dalaşdığının səbəblərini açıqlayıb. Müğənni deyib ki, toyda Röyanın qəzəbinə səbəb ola biləcək heç bir hərəkət etməyib. “Toyda olanda mənim qulağıma söz çatdı ki, Röya mənim bostanıma daş atmağı tərgitməyib. O harada gəldi, söz atmaqla mənə sataşırdı. Mənim başım layihələrimə qarışdığına görə hadisələri izləyə bilmirdim. Buna görə də mənə xəbərlər ən axırda çatırdı. Bütün bunlar bizim barışmağımızı şübhə altına alırdı. Toyda isə o, yenidən mənə qarşı “sevgisini” etiraf etmək istəyirdi”, - müğənni əlavə edib.