Aygün Kazımova: ''Səhnədən uzaqlaşıram, ...''

MAQAZİN
14:27 25.09.2012
2784
Xalq artisti Aygün Kazımova artıq heç kimlə yaxın münasibətlər qurmaq istəmir.
AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə müğənni ATV telekanalının "Gün keçir" proqramına bildirib."Mənim artıq şəxsi həyatım yoxdur. Bu məsələdə bəxtimin gətirmədiyini gec anladım, təəssüf. 40 yaşından sonra belə bir qərara gəldim. Kişilərdən uzaq durmağa çalışıram, çünki bu mənim yaradıcılığıma mənfi təsir edir. Səhnədən uzaqlaşıram, yalnız şəxsi həyat haqqında düşünürəm. İndi mən yalnız öz ölkəmi, tamaşaçıları, yaradıcılığı və dostlarımı sevirəm", - xalq artisti əlavə edib.

OXŞAR XƏBƏRLƏR