Aygün Kazımova Snoop Dogg-un qucağında - FOTO

MAQAZİN
16:20 04.03.2013
14426

Hazırda Los-Ancelosda olan xalq artisti Aygün Kazımova Facebook-da yeni fotosunu paylaşıb.

AZXEBER.COM xəbər verir ki, sənətçi Snop Doqla yeni duetindən dolayı yollandığı Amerikada layihənin hazırlanması prosesindən bəzi kadrları telefonuna çəkib.

Qeyd edək ki, xalq artisti bir neçə saatdan sonra səfərini başa vuracaq.

Aygün Kazımova Hollivudun film studiyasında baş tutan çəkilişlərdən razı qaldığını deyib:

“Elə bil ki, 100 il idi bir-birimizi tanıyırdıq. Çəkilişlər çox uğurlu alındı. Klipin digər səhnələrini reallaşdırmaq üçün martın 15-də Avropa ölkələrinə yola düşəcəyik. Öncədən də bildirdiyimiz kimi, rəqs səhnələrində bizi Cennifer Lopez və Beyonsun rəqs qrupları müşayiət edəcək.

Klip aprel ayının ortalarında tam hazır şəkildə mediaya təqdim olunacaq. Təqdimat mərasimi əvvəlcə vətənimdə, sonra isə Türkiyədə olacaq. Eyni zamanda, müqaviləmizə görə klip dünyanın bütün əsas kanallarında yayımlanacaq”.

OXŞAR XƏBƏRLƏR