Aygün Kazımova Türkiyə mətbuatına danışdı: 'Mən olmasam, Azərbaycan musiqisi çox geridə qalardı'

MAQAZİN
12:26 30.01.2013
3954

AZXEBER.COM-un verdiyi məlumata görə, müğənni bu barədə Türkiyə mətbuatına verdiyi müsahibədə danışıb.

Aygün Kazımova duet oxuma təklifinin Snop Doqdan gəldiyini və çəkilişlərin Los-Ancelsdə, reperin evində baş tutacağını bildirib.

Tanınmış müğənni “Sizə niyə Azərbaycanın Ajda Pekkanı deyirlər?” sualına da maraqlı cavab verib: “Ajda Pekkan da Türkiyənin divasıdır. Tanımasam da, onu çox sevirəm. Mən Azərbaycanda musiqimlə çox yeniliklərə imza atmışam. Mən olmasaydım, Azərbaycan musiqisi çox geridə qalardı.”

Qeyd edək ki, Aygün Kazımova “İkinci sən” mahnısını Türkiyədə Sinan Akçılla duet şəklində ifa edib.

OXŞAR XƏBƏRLƏR