Aygün Kazımova və Röya saçyoldusuna yox, yumruq-təpik davasına çıxıblarmış
18:07 08.06.2012
8613
Röyanın davası barədə söz-söhbət səngimək bilmir. Kimi onların saçyoldusuna, kimi isə əlbəyaxa olaraq yumruq-təpik davasına çıxdığını danışır. ANS PRESS-in məlumatına görə, tanınmış teleaparıcı Kamilə Babayevanın baş verən insident barədə bu dəfə prodüserlər danışdı. Maraqlıdır, Tolik son aylar özünün sevə-sevə "Diva" deyə adlandırdığı Aygün Kazımova haqqında danışmağa icazəsinin olmadığını bildirdi. Röyanın prodüseri Kənan Bayramov isə Aygün Kazımova ilə Röya arasında baş verən insidenti müharibə adlandırdı: "Bu qalmaqal deyildi, müharibə idi..." Prodüser davaya tərəflər arasında illərlə yığılan aqressiyanın səbəb olduğunu bildirdi: "Bu insanlar illərdir yola getmirlər. Bu səbəbdən hər xırda bir şey onlar arasında davaya səbəb ola bilər. Bu dəfə də oynayanda əlləri, ayaqları bir-birinə dəydi, ilişib yıxıldılar və dava düşdü. Mən orada saçyoldu görmədim, ancaq yumruq - təpik gördüm." "Barışıq gözlənilirmi?", sualına isə Kənan Bayramov birmənalı olaraq "yox" deyə cavab verdi: "Nə barışıq? Aygün və Röya arasında indiyədək barışıq olmayıb, bundan sonra da olmayacaq!" Kənanın bu cavabı da öz-özlüyündə bizdə çaşqınlıq yaratdı. Bəs görəsən hər dəfə öpüşüb-qucaqlaşıb barışdıqlarını elan edən Aygün Kazımova və Röya kimi buna inandırmağa çalışırdılar? Sözsüz ki, tamaşaçıdan çox özlərini... Xatırladaq ki, xalq artisti Aygün Kazımova və populyar müğənni Röya tanınmış teleaparıcı Kamilə Babayevanın 06.06.2012 tarixində baş tutan toy məclisində dalaşıblar. Aygün Kazımova ilə Röyanın hətta əlbəyaxa olduğu deyilir. Deyilənlərə görə, mübahisəni davam etdirmək istəyən Röya Aygün Kazımovanın oturduğu masaya yaxınlaşanda xalq artisti əlindəki badəni onun üstünə tullayıb. Badə hədəfə dəyməsə də, yerə çırpılıb sınıb. Aygün Kazımova Day.az saytına Kamilə Babayevanın toyunda Röya ilə dalaşması haqqında belə açıqlama verib: "Nə yazırlar? Məni döyüblər? Orada məndən başqa yüzlərlə qonaq var idi. Qoy onlar danışsınlar ki, hadisə necə olub. Röya sadəcə mənimlə yaradıcı rəqabət apara bilmədiyindən fiziki güc tətbiq etmək məcburiyyətindədir.".