Aygün Kazımova və Zülfiyyə Xanbabayeva İlhamə Quliyevanın ziyarətində - FOTOLAR

MAQAZİN
07:33 03.09.2012
6938
Bir neçə gün bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən cərrahiyyə əməliyyatı keçirmiş Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın ziyarətinə gələn məşhurların ardı-arası kəsilmir. Əldə etdiyimiz məlumata görə, bir neçə dəqiqə bundan əvvəl yerli şou-biznesin iki tanınmış ulduzu - xalq artistləri Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva xəstəxanaya gedərək İlhamə xanıma baş çəkiblər.Görüş hələ də davam edir. Özünü yaxşı hiss etdiyini vurğulayan Primadonna gəlişlərinə görə, yanında olduqları üçün hər iki müğənniyə sevgisini izhar edib.Qeyd edək ki, palatadan isti-isti fotolar Aygün Kazımovanın prodüseri Tolik tərəfindən çəkilib.
//milli.az

OXŞAR XƏBƏRLƏR