Xalq artisti Aygün Kazımova yeni fotosessiya etdirib.
AZXEBER.COM xəbər verir ki, pop diva hər zamankı kimi fərqli imicdə kamera qarşısına keçib. Kazımova saç stilini fərqli və göz oxşayan etmək üçün uzun hörükdən istifadə edib.
O, göbəyi açıq geyimini uzun boğaz çəkmələrilə tamamlayıb. Dərin sinə dekoltesi ilə diqqət çəkən Aygün aksessuar olaraq isə uzun ağ sırğadan istifadə edib. Xalq artisti yeni və cazibədar şəkilləri sosial şəbəkə hesabında yayımlayıb.
Onun yeni imici izləyiciləri tərəfindən çox bəyənilib. Kazımovanın paylaşımına minlərlə bəyənmə gəlib.