Aygün Kazımovadan müraciət

MAQAZİN
10:20 15.07.2014
1067
Hazırda Türkiyədə olan Xalq artisti Aygün Kazımova sosial şəbəkə izləyicilərinə müraciət ünvanlayıb.AZXEBER.COM-un məlumatına görə, imicində yenidən dəyişikliklər etməyi qarşısına məqsəd qoyan müğənni hazırda İstanbulda istirahət edir. Havaların isti keçməsinə görə isə müğənni sosial şəbəkə izləyicilərini humanist bir addım atmağa dəvət edib."Dostlar, xahiş edirəm bacardığınız qədər küçəyə, bloklarınızın qarşısına küçə heyvanlarının içə biləcəyi qabda su qoyun. Havalar çox istidir, küçə heyvanları isə su tapmaqda çətinlik çəkir. Bu da küçə heyvanlarının ölümü ilə nəticələnir. Çox xahiş edirəm, əməl edək." - deyə müğənni sosial şəbəkədə müraciət yazıb.Bundan başqa, Xalq artisti mətbuata verdiyi yeni açıqlamasında tezliklə imicində etdiyi dəyişikliklərlə hamını təccübləndirəcəyini vurğulayıb. Bir müddət əvvəl paylaşdığı şəkillərdə hər gün – səhər-axşam idman etdiyini bildirən sənətçi, bununla yanaşı, həm tennis oynayır, həm də günün müxtəlif saatlarında hovuzda üzgüçülüklə məşğul olur.
OXŞAR XƏBƏRLƏR