Aygün Kazımovadan yeni klip - Özü klipdə yoxdur

Aygün Kazımovadan yeni klip - Özü klipdə yoxdur
MAQAZİN
11:03 19.08.2025
164
Heyranlarını hər zaman təəccübləndirməyi bacaran Xalq artisti Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalıb.

AZXEBER.COM xəbər verir ki, pop diva heç bir anons vermədən "Rəqs” adlı klub tərzindəki yeni mahnısını və ona hazırlatdırdığı klipi rəsmi yutub kanalında təqdim edib.

Ölkənin əsas ulduzu yeni ifasına fərqli ekran işi ilə həyat verib. Maraqlıdır ki, bu dəfə klipdə Aygün Kazımova özü yer almayıb. Klipdə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və kolumbiyalı model Luis Servantes çəkiliblər. 

Cütlük ekran işində cəsarətli səhnələri ilə diqqət çəkib. Əvvəlcə şəhərdə gəzintidə görünən "sevgililər”, klipin sonunda hamamda duşun altında ehtiraslı anlarla izləyicilərin qarşısına çıxıblar.

Mahnının söz və musiqisi Zamiq Əliyevə (YAP10) məxsusdur. Klipin rejissoru isə son illərdə Aygün Kazımovanın bütün ekran işlərinə imza atan Selim Akardır.


OXŞAR XƏBƏRLƏR