Aygün Kazımovanın 50 kq-lıq paltarı - FOTOLAR

MAQAZİN
10:37 26.03.2014
2575

Xalq artistinin çoxdandır gözlənilən Qəbələ konsert ötən gün baş tutub.

Xalq artisti Aygün Kazımovanın çoxdandır gözlənilən Qəbələ konsert ötən gün baş tutub. Bir-birindən gözəl rəqsləri ilə şou yaradan ifaçının konserti möhtəşən anlarla yadda qalıb. Bir çox yerli və xarici müğənnilərin ölkəmizdə çıxışlarını təşkil edən Nahid Emiloğlunun təqdim etdiyi proqramın aparıcıları Aygün xanımın qızı İlqarə və Zaur Nəbioğlu olub. Xalq artisti 200 metr zəncildən hazırlanmış 50 kiloqramlıq libası ilə göz qamaşdırıb. Aygün xanım libasının ağırlığına baxmayaraq Türkiyədən gələn rəqqaslarla bərabər səhnədə bir-birindən maraqlı şoular göstərib. Gecəyə qatılan qonaqları salamlayan ifaçı konserti təşkil etdiyi üçün Nahid bəyə təşəkkürünü bildirib və hər kəsi bir daha bayram münasibəti ilə təbrik edib. Onu izləmək üçün gecəyə Türkiyədən Aygün xanımın yeni işbirliyi etdiyi DMC musiqi şirkətinin rəhbəri Samsun Demir həyat yoldaşı ilə Qəbələyə üz tutub. Konsert proqramından olan maraqlı anları sizə təqdim edirik.

OXŞAR XƏBƏRLƏR