Aygün Kazımovanın Azərbaycanı tərk etməsinə mane olacaqlar - VİDEO

MAQAZİN
11:28 31.05.2013
1630

Teleaparıcı Nanə Ağamalıyeva canlı efirdə Aygün Kazımovaya müraciət edib.

AZXEBER.COM-un məlumatına görə, o, aparıcısı olduğu “Gün keçir” verilişində xalq artistinin ölkəni tərk edərək, Türkiyədə yaşamaq qərarına münasibətini bildirib.Buna çox üzüldüyünü deyib:“Şou-biznesin bir Aygünü var, ondan başqası yoxdur. Aygün xanım, nə olar, Azərbaycandan getməyin...Çünki sizin səhnədə öz yeriniz var və yerinizi heç kim tuta bilməz. Bir dəfə Aygün xanım mənə dedi ki, Nanə, mən Türkiyəyə gedəndə heç kimin yerini tutmağa çalışmayacam.Çünki orada mənim öz yerim var. Mən buradan Aygün Kazımovaya səslənirəm. Lazım gəlsə, arxanızca aeroporta gedəcəyik, amma qoymayacağıq ki, siz Türkiyəyə köçəsiz, Azərbaycanı tərk edəsiz”.Xatırladaq ki, Aygün Kazımova bir müddət əvvəl İnstagram-da Azərbaycandan gedəcəyi barədə yazmışdı:“Sevənlərimə bəd xəbər... Qəlbimdə ağrı-acılarla, dərd və qəmlə... Böyük bir həsrətlə, ana yurdumu, doğma məmləkətimi... Vətənimi tərk edirəm... Bu haqsızlıqlara, təhqirlərə, şər və böhtanlara dözməyə taqətim, gücüm qalmadı. Dostlar qalmadı... Övladım olmasaydı, intihar belə edərdim... İnanın”.

OXŞAR XƏBƏRLƏR