Xalq artisti Aygün Kazımova “Amburan” istirahət mərkəzində baş tutan konsertində səhnəni coşdurub.
AZXEBER.COM-un verdiyi xəbərə görə, Səxavət Nurun aparıcılıq etdiyi gecədə müğənni bir-birindən gözəl mahnılarını təqdim edib.Türkiyədən gələn Murat Yetərin musiqi heyətinin müşayiətilə sevilən mahnılarını ard-arda ifa edən xalq artisti səhnədəki rəqsləri ilə də tamaşaçıları əyləndirib.