Aygün Kazımovanın Los-Ancelesdən ilk görüntüləri yayımlandı - FOTOLAR
MAQAZİN
11:34 01.03.2013
8381
Hollivud layihəsini gerçəkləşdirməyə yollanan Aygün Kazımova artıq klip çəkilişlərinə başlayıb.AZXEBER.COM-un məlumatına görə, amerikalı repçi Snup Doqla duetlərinə elə onun villasında klip çəkdirməyə gedən xalq artisti Amerikadan ilk görüntülərini şəxsi instagram səhifəsində paylaşıb.Fotolarda müğənninin hazırlıq prosesindən və artıq çəkilişlərə tam hazır vəziyyətdə olan görüntülər yer alıb. Şəkillərdən göründüyü kimi Aygün Kazımovanı bu klipdə Azərbaycan bayrağından olan libasda görə biləcəyik.Fotolar ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinin Beverli Hills məhəlləsində çəkilib.