Aygün Kazımovanın Snoop Dogg-la bağlı böyük yalanı - VİDEO

MAQAZİN
17:14 30.08.2013
8360

Xeyli müddətdir ki, Amerika rep ulduzu olan Snoop Dogg ilə duetindən ağız dolusu danışan müğənni ilk dəfə Amerika ulduzu ilə duet oxuyan azərbaycanlı olduğunu deyir.

AZXEBER.COM məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, xalq artisti yalan danışır.

Araşdırmalarımız göstərdi ki, bir neçə il bundan əvvəl Dəyirman qrupu və Elşad Xose ABŞ rep ulduzlarından olan Coolio ilə duet oxuyub.

Xalq artistindən fərqli olaraq repçilər dünya şöhrətli ifaçı ilə Bakıda birlikdə konsert proqramı ilə də çıxış ediblər. Belə aydın olur ki, xalq artisti Aygün Kazımova dünya ulduzu ilə ilk duet oxuyan azərbaycanlı deyilmiş.

Bir ildir ki, pərəstişkarlarına böyük layihə vəd edən müğənni bir neçə ay öncə duetini və klipini təqdim etməklə kifayətləndi. Maraqlısı odur ki,klipin izlənməsi heç də gözlənilən qədər olmadı. Aygünlə dünya şöhrətli repçinin dueti cəmi 1 gün gündəmdə oldu.

AZXEBER.COM Aygünün yalanını özündə ehtiva edən kadrları təqdim edir:

Makaveli, AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR