Aygün Kazımova var gücü ilə Türkiyə şou-biznesinə qatılmağa çalışır. Day.az xəbər verir ki, bu barədə Kazımova yerli telekanallardan birinin efirində bildirib. O deyib ki, tezliklə orada öz yerini tutacaq. "İndi Sərdar Ortac ilə birgə oxuyacağım duetin üzərində işləyirik. Bu ritmik kompozisiya olacaq. Hələ ki, prodüserim Türkiyə telekanallarında görünməyə icazə vermir. İkinci klipdən sonra qardaş ölkənin telekanallarına çıxacam", - o əlavə edib.