Aygünlə Namiq yeni ili eyni məkanda qarşılayacaq

MAQAZİN
19:16 18.12.2015
2259
Xalq artisti Kazımova ilə müğənni Namiq Qaraçuxurlu yeni il gecəsində eyni məkanda səhnəyə çıxacaqlar. 
Bu barədə AZXEBE.COM-a gecənin təşkilatçısı, xalq artisti Faiq Ağayevin tələbəsi Tural Vəlizadə deyib. O bildirib ki, yeni il gecəsində iki məşhur səhnə alacaq: “İlk öncə onu deyim ki, yeni il gecəsində şou-biznes əhlini bir araya yığmaq çox çətin işdir. Lakin bu çətin işin öhdəsindən indidən gəldiyimə əminəm. Belə ki, yeni il gecəsində mənimlə yanaşı xalq artistləri Faiq Ağayev, Aygün Kazımova, əməkdar artistlər Nüşabə Ələsgərli, Ədalət Şükürov, müğənnilərdən Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Namiq Qaraçuxurlu, Səidə Sultan, Nigar Şabanova, “İnci” qrupu və bir neçə tanınmış simalar eyni səhnəni paylaşacaq. 
Gecədə bir çox sürprizlərin də olacağını deyə bilərəm. Gecənin aparıcısı isə Kamran Quliyev və Lətafət Ələkbərova olacaq”. 
Yeni il gecəsində şou əhli ilə bir araya gələcək olan xalq artisti Aygün Kazımova da öz təəssüratlarını bölüşüb: “Hər il olduğu kimi bu il də yeni il sevənlərimlə qarşılayacağam. 2016-ci ildə fərqli imicdə olacağam. Həmin gecə də sevənlərimə yeni mahnımı təqdim edəcəm. Çox güman həmin gün sürpriz də olacaq”. 
Qeyd edək ki, yeni il gecəsində N.Qaraçuxurlu 00:30-da, A.Kazımova isə saat 01:00-da çıxış edəcək.
OXŞAR XƏBƏRLƏR