Stilist Samir Əlieyev ( Samiraldo) küsülü olduğu xalq artisti Aygün Kazımovadan danışıb.
AZXEBER.COM xəbər verir ki, Samiraldo xalq artisti ilə arasını dostlarının vurduğunu deyib.
"Mənim haqqımda yalan və düzgün olmayan ifadə işlədiblər. Aygün xanım da məsələni araşdırmamış öz aqresiyasını mənə göstərdi. Yenə də deyirəm o insan əlçatmaz insandır. Mənim belə böyük insanlar nə işim var? Mənim öz həyatım var. O mənə əsəbi olanda araşdırdım. Onun əhatəsində söz aparıb gətirənlər aramızı vurub. Mənim də, Aygünün də səviyyəsi var. Amma Aygünün yanında dırnaqarası insanlar həmişə olub, olacaqlar. Elə insanlardan uzaq olmaq lazımdır.”
Samiraldo Aygün Kazımovanın baş tutacaq konsert bilet alıb gedecəyini də qeyd edib: "Mən bu insana qarşı kinli olsaydım, konsertinə getməzdim. Artıq indidən biletlərimizi də almışıq. 5-6 nəfər dostumuzla gedəcəyik”
Nazim Qasımzadə