Ayı ilə şəkil çəkdirmək istəyən qadın son anda xilas oldu - VİDEO

Ayı ilə şəkil çəkdirmək istəyən qadın son anda xilas oldu - VİDEO
DÜNYA
14:59 31.08.2022
517
Ayı ilə şəkil çəkdirmək istəyən gənc qadın son anda xilas olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rumıniyada çəkilən dəhşətli görüntülər sosial mediada təəccüb yaradıb. 

Yol kənarında gördüyü ayı ilə şəkil çəkdirmək istəyən gənc qadın avtomobilindən düşərək ayıya yaxınlaşıb.

Gənc qadının foto üçün həyatını riskə atdığı anları izləyənlər də şoka düşüblər.
 
Şəkil çəkdirmək üçün ayıya yaxınlaşan gənc qadın ayının ona hücum etdiyini görüncə dərhal oradan qaçıb. 

Hadisə anbaan kameralara əks olunub:
 
Ayşən