Ayı kəndə hücum etdi

Ayı kəndə hücum etdi
DÜNYA
16:48 12.08.2021
1247
Ac ayı kəndə hücum etdi, bir buzovu parçaladı, digərini qaçırdı.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Posof mahalının Kaleönü kəndində baş verib.

Süleyman Öner adlı kənd sakini yeni doğulmuş buzovları digər iribuynuzlu heyvanlardan ayıraraq tövləyə qoyub. Gecə yarısı ac qalan ayı kəndə enərək tövləyə girib və buzovlara hücum edib. 

Buzovlardan birini yeyən ayı digərini aparıb.

S. Öner səhər tövləyə girərkən qapının önündə parçalanmış buzovu görəndə təəccüblənib.
 
Aydın
OXŞAR XƏBƏRLƏR