AYİB AccessBank ilə əməkdaşlığa başlayıb

AYİB AccessBank ilə əməkdaşlığa başlayıb
İQTİSADİYYAT
16:56 20.05.2024
391
AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün AccessBank ilə əməkdaşlığa başlayıb.

• AYİB-nın Azərbaycandakı uzunmüddətli tərəfdaşına $10 mln dəyərində sindikatlaşdırılmış kredit.
• Müqavilə AYİB və AccessBank arasında əməkdaşlığın bərpasını bildirir.
• Yerli mikro, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirmək üçün maliyyələşdirmə.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) AccessBank-a Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün maliyyə paketi təqdim edir.
Razılaşmaya əsasən, AYİB təxminən $10 mln (9,24 mln avro) həcmində sindikatlaşdırılmış kredit təqdim edərək əsas kreditor kimi çıxış edəcək. B kateqoriyalı kreditor isə - Cənub-Şərqi Avropa üzrə Avropa Fondudur (EFSE). Hər iki maliyyə institutu AccessBank-a yerli valyuta ekvivalentində təxminən $5 mln (4,6 mln avro) dəyərində kredit təqdim edəcəklər.
AccessBank cəlb edilən vəsaiti Azərbaycanda sahibkarlığın inkişafı və rəqabətqabiliyyətliliyinin dəstəklənməsi məqsədi ilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə istifadə edəcək. Bank, ölkənin davamlı inkişafını dəstəkləmək üçün bütün Azərbaycanda sahibkarların maliyyə imkanlarını genişləndirmək niyyətindədir.
AYİB-nin AccessBank ilə yenilənmiş əməkdaşlığı onun Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmaq məqsədi daşıyır. Bu prioritetlərə ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyatın dəstəklənməsi daxildir.
AYİB-in Mərkəzi Asiya, Qafqaz və Türkiyədə maliyyə təşkilatları üzrə direktoru Fransis Malij : "Bizim Azərbaycandakı missiyamız nəinki irimiqyaslı layihələri dəstəkləmək, həm də istənilən dinamik iqtisadiyyatın əsasını təşkil edən mikro, kiçik və orta sahibkarlığı təşviq etməkdir. Bu müqaviləni imzalamaqla biz, AccessBank-ı bütün Azərbaycan üzrə maliyyələşdirməni genişləndirmək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə geniş və əhatəli imkanlar yaratmaq məqsədlərində dəstəkləyirik”.
EFSE-nin müşaviri, Finance in Motion üzrə regional direktoru Oksana Binzaru: "Mikro, kiçik və orta müəssisələrə yerli valyutada maliyyə dəstəyi təmin etməklə, EFSE Azərbaycanda iqtisadi artım və sabitliyin təşviqi siyasətinə sadiqliyini təsdiqləyir. AccessBank ilə əməkdaşlıq yerli biznesin rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımdır”.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri: "Mən mikro, kiçik və orta biznesin maliyyələşdirilməsində AccessBank-ı yerli tərəfdaş kimi seçdiyinə görə Avropa Yenidənqurma və İnkişaf Bankına və Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna minnətdarlığımı bildirirəm. Bu əməkdaşlıq bizim etibarlılığımızın sübutudur və inanırıq ki, bu tərəfdaşlıq bizə strateji məqsədlərimizi dərinləşdirməyə və regionda iqtisadi inkişafı dəstəkləməyə imkan verəcək”.
AccessBank 2002-ci ildən Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləyən və onlara sərfəli maliyyə həlləri təklif etmək üzrə ixtisaslaşmış kommersiya bankıdır.
EFSE Cənub-Şərqi Avropada və Şərq Qonşuluğunda fəaliyyət göstərən, mikro, kiçik və orta sahibkarlara və fərdi ev təsərrüfatlarını maliyyə dəstəyi ilə təmin edən fondudur.
AYİB Azərbaycanın ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,7 mlrd avrodan çox sərmayə qoyub.

 

 

 


 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib