‘Ayıb olsun, özünüzü jurnalistlərə göstərirsiniz?!’ - Milli Məclisdə mübahisə düşdü

‘Ayıb olsun, özünüzü jurnalistlərə göstərirsiniz?!’ -  Milli Məclisdə mübahisə düşdü
SİYASƏT
14:37 31.05.2013
3069

Parlamentin iclasında deputatlar arasında mübahisə yaşanıb.

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar arasında mübahisə yaşanıb. 

AZXEBER.COM-un modern.az-a istinadən verdiyi məlumata görə, millət vəkili Qüdrət Həsənquliyev qanun layihələrinin parlamentdə müzakirəsiz, ardıcıl olaraq səsverməyə çıxarılmasına görə parlament rəhbərliyini tənqid edib: “2012-ci ilin büdcəsinin icrası ilə bağlı müzakirələri aparmırsınız, ikinci, üçüncü dərəcəli məsələ ilə bağlı müzakirə açırsınız. Ondansa, elə ardıcıl olaraq sənədlərin hamısını səsverməyə qoyun, getsin. Sovet dövründə iki sessiya olurdu – yaz və payız. Və sənədlərin hamısını bir yerə yığıb səs verirdilər”. Vitse-spiker Ziyafət Əsgərov Qüdrət Həsənquliyevin bu fikirlərinə etiraz edib. “Ayıb olsun, özünüzü jurnalistlərə göstərirsiniz?! Parlament seçkiləri hələ 2015-ci ildədir, siz isə indidən PR aparırsınız. Sovet dövrünün parlamenti ilə müqayisə aparmağınız ümumiyyətlə yersizdir”. Vitse-spiker bildirib ki, büdcə layihəsi ilə bağlı heç kim müzakirəyə yazılmadığından, layihə birdəfəlik səsə qoyulub. Deputat Fazil Mustafa isə həmkarı Qüdrət Həsənquliyevə qahmar çıxıb və Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun deputat “Ayıb olsun!” ifadəsinə etiraz edib: “Ziyafət Əsgərov tribunadan “Ayıb olsun!” dedi. Rəyasət Heyətinə belə söz yaraşmır. Niyə belə ifadələr işlədilir ki, sonra da xoşagəlməz gərginlik yaransın”. Spiker Oqtay Əsədov deyib ki, büdcənin icrası müzakirə edilən zaman çıxış üçün heç bir deputat təkid etməyib: “Sonra arxadan atılan daş kimi Milli Məclisin Rəyasət Heyəti haqqında danışmaq düzgün deyil. Kim deyə bilər ki, parlamentdə kiməsə söz deyilməyib? Sonra çağırış etmək ki, jurnalistlər bunu yazsın, bu, düzgün deyil”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü
15:17 28.05.2025
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü
Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
15:14 28.05.2025
Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
Elvinin klipi üç gündə trend oldu
15:00 28.05.2025
Elvinin klipi üç gündə trend oldu
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
14:58 28.05.2025
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
Azərbaycanda məktəbli qəfil öldü
14:46 28.05.2025
Azərbaycanda məktəbli qəfil öldü
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
14:44 28.05.2025
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
14:42 28.05.2025
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
14:32 28.05.2025
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"
14:31 28.05.2025
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
14:22 28.05.2025
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
Rusiyanın müdafiə naziri: Regiondankənar qüvvələr Cənubi Qafqazda fəallaşır
14:13 28.05.2025
Rusiyanın müdafiə naziri: Regiondankənar qüvvələr Cənubi Qafqazda fəallaşır
Ərdoğan: Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır
13:56 28.05.2025
Ərdoğan: Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır
Laçında İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş başlayıb
13:49 28.05.2025
Laçında İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş başlayıb
Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
13:27 28.05.2025
Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb
13:15 28.05.2025
Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb
Hikmət Hacıyev Laçından görüntülər paylaşdı - VİDEO
13:08 28.05.2025
Hikmət Hacıyev Laçından görüntülər paylaşdı - VİDEO