Ayıq sürücülər sizi necə tələyə salırlar?

Ayıq sürücülər sizi necə tələyə salırlar?
SOSİAL
12:37 19.03.2017
15921

Bakıda ayıq sürücü xidmətindən istifadə edən şəxsin sənədləri polis əməkdaşları tərəfindən alınıb.

Bakı şəhər sakini Elçin Şirinov bildirib ki, martın 13-də toy məclisindən çıxan zaman avtomobili idarə etmək üçün ayıq sürücü xidmətindən istifadə edib: "Həmin gün spirtli içki qəbul etdiyim üçün ayıq sürücü xidmətindən istifadə etdim. Yaşadığım binanın qarşısına çatanda sürücüyə bildirdim ki, avtomobili öz yerində saxlamaq lazımdır. Fikirləşdim sürücü avtomobili lazım olan qaydada saxlaya bilməz. Sürücünü yola saldıqdan sonra maşını binanın qarşısında hərəkət etdirib lazım olan yerdə saxladım. Bu zaman gördüm ki, iki nəfər polis əməkdaşı başımın üstündə dayanıb. Onlar mənə sərxoş halda avtomobil idarə etdiyimi bildirdilər. Mən də bildirdim ki, spirtli içki qəbul etdiyimə görə, ayıq sürücü xidmətindən istifadə etmişəm. Bunu həmin nömrəyə zəng edib yoxlamaq da olar. Lakin onlar məni aparıb sərxoşluq müayinəsindən keçirdilər. Bildirdim ki, buna ehtiyac yoxdur, sərxoş olduğumu inkar etmirəm. Aparıb müayinədən keçirdikdən sonra yenidən maşını gətirib həyətdə saxladılar, sənədlərimi də alıb apardılar. İndiyə kimi də sənədlərimdən xəbər yoxdur".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sərxoş halda heç bir şəkildə avtomobil idarə etmək olmaz: "Sərxoş vəziyyətdə maşını park etmək olmaz. Bu, qanun pozuntusudur. Həmin sürücünün əgər sənədlərini alıblarsa, barəsində tədbir görüləcək və həmin şəxsə bu barədə məlumat veriləcək".

Hüquqşünaslar isə bildirirlər ki, binanın qarşısında avtomobili park etmək yol hərəkəti iştirakçısı olmağa əsas vermir. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək məsuliyyət yaradır. Lakin bu, avtomobil yolunda baş verməlidir. Yəni ictimai yerdə bunu etmək olmaz. Lakin binanın qarşısında avtomobili park etmək məsuliyyət yaratmır.

 

Etibarlı mənbələrdən isə bildirilib ki, bəzi ayıq sürücü xidmətləri polislə birgə fəaliyyət göstərir. İçkili şəxslər barədə polisə məlumat ötürülür və nəticədə bu cür problemlər yaranır.

Sərxoş halda sükan arxasına keçməyin son dərəcə təhlükəli olduğunu xüsusi vurğulayan avtosfer.az saytı isə sürücülərə tövsiyə edir ki, bir neçə taksi sürücüsünün və ya adi sürücünün ayıq sürücü kimi göstərdiyi xidmətdən istifadə edərkən diqqətli olun. Yaxşı olar ki, peşəkar şəkildə ayıq sürücü xidməti göstərən şirkətlərə sifariş edəsiniz. Çünki ayıq sürücü sizi mənzilin yaxınlığında düşürüb gedən kimi yol polisinə yaxalandıqda artıq həmin ayıq sürücünü tapa bilmirsiniz. Ona ya zəng çatmayacaq, ya da başqa problem yaranacaq. Amma rəsmi şirkətin sürücüsü belə bir hərəkət edərsə və ya ayıq sürücü maşınınızı sürərkən radara düşərsə, kamera çəkərsə, bu qayda pozuntusuna görə siz cərimə ödəməli olmazsınız. Əlinizdə sübutlar olacaq ki, qayda pozan ayıq sürücüyə cəriməni ödətdirəsiniz.


///moderator.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq