Aykut Kocaman: 'Rəqibləri görmək istəmirəm'

İDMAN
10:09 15.03.2013
1057
UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Viktoriya” ilə qarşılaşan və 1:1 hesablı nəticə ilə (İlk oyun 1:0) 1/4 finala çıxan “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman oyundan sonra açıqlama verib.Baş məşqçi komandasının oyunundan razı qalıb: “Oyunun belə keçəcəyini gözləyirdik. İkinci qolu vurmağa çalışırdıq. Bunun üçün çox fürsət oldu. Amma istifadə edə bilmədik. Hesab 1:1 olduqdan sonra ən pis ssenari başladı. Rəqib hücumlar etməyə başladı. Ancaq komandam çox yaxşı oynadı və hesabı qorudu”.

OXŞAR XƏBƏRLƏR