"O səs Türkiyə” müsabiqəsi ilə tanınan Ayla Rai yeni klipini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, müğənni du dəfə qonşu ölkənin tanınmış prodakşını ilə əməkdaşlığa başlayıb.
Ayla DJ Kanun Yıldırımla kamera qarşısına keçərək "Diye diye” adlı bəstəni ekranlaşdırıb.
Layihə bu gün ifaçının çalışdığı musiqi şirkətinin "Youtube” səhifəsində yerləşdirilib.
Qeyd edək ki, "Diye diye” adlı mahnının müəllifi Gövhər Həsənzadədir. Bəstənin türkçə sözlərini Ayşe Birgül Yılmaz yazıb.
Mahnının ilk ifaçısı Elladır.