Çaylarda balıqların azalmasının əsas səbəbləri nələrdir?

Çaylarda balıqların azalmasının əsas səbəbləri nələrdir?
SOSİAL
23:41 17.03.2026
216
"Çaylarda balıq ehtiyatlarının azalmasının bir neçə əsas səbəbi vardır. Əsas məsələ balıqların təbii artım (kürüləmə) yerlərinin azalmasıdır".

AZXEBER.COM xəbər verir ki, bu barədə BAKU.WS-in sorğuauna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.

Mərkəzdən həmçinin deyilib ki, çaylarda su axınının zəifləməsi nəticəsində balıqlar sərbəst şəkildə çaya daxil ola bilmir və bu da onların çoxalmasına mənfi təsir göstərir:

"Xüsusilə çayların Xəzər dənizi ilə birləşən hissələrində təbii artım ekosistemlərinin yox olmaq təhlükəsi balıq sayının azalmasına səbəb olur.

Bundan əlavə, ekoloji amillər də mühüm rol oynayır. Xəzər dənizində su səviyyəsinin dəyişməsi, çirklənmə və digər ekoloji problemlər və başqa səbələri göstərmək olar. Qanunsuz balıq ovu da balıq ehtiyatlarının azalmasına təsir edən amillərdən biridir".
OXŞAR XƏBƏRLƏR