Aylardır maaşlarını ala bilmirlər - ŞİKAYƏT - VİDEO

Aylardır maaşlarını ala bilmirlər - ŞİKAYƏT - VİDEO
SOSİAL
00:21 18.06.2026
3
İşlərini təhvil versələr də  şirkətdən aylardır əməkhaqqlarını ala bilmirlər.

"Agah” şirkətlər qrupunda çalışanlar  iddia edirlər ki, şirkət  50-yə yaxın işçini işlədib, lakin əmək haqlarını ödəmir. Onların sözlərinə görə, dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır.

Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.

Problemlə bağlı "Agah şirkətlər qrupu"na müraciət etdik. Şirkət nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqlədi. Lakin problemin onlardan qaynaqlanmadığı bildirildi.

Şirkət nümayəndəsi həmçinin onu da əlavə etdi ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əmək haqqı ödəniləcək.

OXŞAR XƏBƏRLƏR