"Aylıq xərcim 10 minə qədər çıxa bilər" - Mina Hüseyn

MAQAZİN
13:53 09.10.2024
373
Müğənni Mina aylıq xərclərinin miqdarını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, o bu haqda "Xəbərin var?" verilişində danışıb.
 
Aylıq minimum 3 min manat xərclədiyini bildirən Mina, zaman-zaman bu rəqəmin 10 min manata qədər çoxaldığını deyib:
 
"Bu hər ay dəyişir. Çünki efirlərə dəvət alıram, tədbirlərə gedirəm. Geyinməliyəm, bəzənməliyəm. Bunun üçün də vəsait tələb olunur. 3-4 dəfə efirə çıxmaq azı 1000 manat tələb edir. Bunun hələ gündəlik xərcləri də var. Ortalama ay ərzində götürsək, klip və mahnı olmadan bir müğənninin xərci 3-5 min manat arası olur. Mənim evim var, anamla qalıram, maşınımı da kreditlə almamışam. Bu hallarda xərclər 10 minə qədər də gedib çıxır". 
 
Aysel

OXŞAR XƏBƏRLƏR