AYNA: 104 nömrəli marşrutun avtobusları yenilənir

AYNA: 104 nömrəli marşrutun avtobusları yenilənir
SOSİAL
19:52 27.09.2025
198
Paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini metronun "Həzi Aslanov" stansiyası ilə əlaqələndirən 104 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Sentyabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 20 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.
OXŞAR XƏBƏRLƏR