AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb

AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb
SOSİAL
17:43 28.01.2025
353
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsində yaşayan bir qrup sakin parkinq problemindən şikayətçidir.

Ülvi Rəcəbov küçəsindəki "Bakıxanov Rezidens”in sakinləri avtomobillərini saxlamağa yer tapa bilmirlər.

Belə ki, sakini olduqları binanın idarəçiləri həyətə girişi qadağan ediblər. Binanın yeraltı qarajında yer almağa da hər sakinin imkanı yoxdur. Ona görə də sakinlər indiyədək avtomobillərini binanın qarşısından keçən Ülvi Rəcəbov küçəsində saxlayırdılar. Amma bu günlərdə həmin küçəyə də "dayanma-durma qadağandır” işarəsi quraşdırılıb.

Ona görə də avtomobil sahibləri nə edəcəklərini bilmirlər.

Məsələ ilə bağlı "Bakıxanov Rezidens”lə əlaqə saxladıq. Qurumdan Fəzli adlı şəxs Bizim.Media-ya bildirdi ki, binanın həyətinə giriş qadağandır:

"Həyət ancaq sakinlərin istirahəti üçündür. Orda avtomobil saxlamaq olmaz”.

Bəs, "bina inşa edilərkən niyə avtomobillərin dayanması üçün yer ayrılmayıb?” sualımıza isə rezidentin təmsilçisi cavab verməkdən boyun qaçırıb.

O, "başqa yerdəyəm, danışa bilmirəm”, - deyərək telefonun dəstəyini asıb.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, həmin küçəyə yol nişanı yeni quraşdırılıb:

"Ona görə də sakinlərə məsləhət görürük ki, AYNA-ya müraciət etsinlər. Onların müraciətinə əsasən AYNA yolun müəyyən hissəsində avtomobil saxlamaq üçün yer ayıra bilər”.

Yola yeni quraşdırılan yol nişanı ilə bağlı Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, yol nişanlarının quraşdırılması AYNA-səlahiyyətinə aiddir.

"Sakinlər üçün parklanma yeri təşkil edilməlidir”

Nəqliyyat üzrə ekspert Aslan Əsədov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, belə vəziyyətdə binanın sakinləri müvafiq orqanlara Baş Dövlət Yol Polisi İdarəsinə və AYNA-ya yazılı şəkildə müraciət etməlidir:

"Ərizəçilərin adı çəkilən ünvanda qeydiyyatda olması mütləqdir. Onlar bildirməlidirlər ki, rəsmi şəkildə ev alıblar. Amma avtomobillərini saxlamaq üçün ətraf ərazidə yer yoxdur. Ona görə də yaxın ərazidə avtomobillərinin parklanması üçün yer təşkil edilməlidir.

Məhz bu müraciətdən sonra AYNA vətəndaşların müraciətini müsbət həll etməlidir və ən yaxın ərazidə parklanma yeri yaradılmalıdır.

Özü də tam ödənişsiz. Çünki bunu "Yol hərəkəti haqqında” qanun və müvafiq təlimatlar deyir. Mövcud qanunvericiliyimizdə belə bir tələb də var ki, vətəndaşlar yaşadıqları ərazi üzrə parklanma ilə təmin olunmalıdırlar”.

Şikayətlərlə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılıb, ətraflı məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”