Aynişan 'Azərbaycana xidmət' mükafatı ilə təltif edildi - FOTO
MƏDƏNİYYƏT
13:05 20.09.2012
4280
Aynişan Türkiyədə Azərbaycanı təmsil etdi və mükafatlandırıldıAzərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva Türkiyədə mükafata layiq görülüb.AZXEBER.COM xəbər verir ki, azərbaycanlı gənc müğənni Ankarada keçirilmiş Anadolu Festivalında iştirak edib A. Quliyeva festival çərçivəsində “Kərkuk” gecəsinə Azərbaycandan fəxri qonaq qismində dəvət olunub. Elə məhz bu gecədə Aynişan Quliyeva Fatih Tükcan Türkməneli İşbirliyi və Mədəniyyət Vəqfinin rəhbəri Şəmsəddin Kuzəçi tərəfindən “Azərbaycana xidmət” mükafatı ilə təltif edilib. Aynişan Quliyeva sözügedən festivalda “Azərbaycan”, “Sən yadıma düşəndə”, “Bir şarkısın sən” və “Ninne” mahnıları ilə çıxış edib.