Aynişan: 'Bunu dostlarım da bəyənirlər'

MAQAZİN
13:45 12.04.2012
7208

9 ildir uzatdığı saçlarını kəsdirib, özünə yeni imic yaradan gənc müğənni Aynişan yeni görüntüsündən razıdır.

O, bildirib ki, əslində, çoxdan dəyişmək istəyib. Lakin anası Aybəniz xanımın təkidinə görə risk etməyib:«Çoxdan istəyirdim, uzun saçlarımı kəsdirim. Anam qoymurdu. 9 ildə saçım çox uzanıb, bu müddətdə risk etməmişdim kəsdirməyə. Nəhayət, bir qərara gəldim və anamın razılığını alıb, tam əmin şəkildə salona üz tutdum. Ötən gün saçıma yeni düzüm verdirdim. Çox bəyənirəm. Dostlarım da bəyənirlər. Həm də bu düzümdə özümü çox rahat hiss edirəm».9 ildən sonra risk edib saçına qayçı vurduran Aynişan, hələ ki, rəngini dəyişməyə tələsmir. Hətta o bildirdi ki, bu günə qədər saçına rəng qoydurmayıb.«Saçlarım həmişə təbii rəngində olub. Amma ola bilsin, dəyişim. Dostlar təbiiliyi mənə yaraşdırırlar deyə, hələ ki, düşünürəm», - deyə sənətçi bildirdi. /// milli.az

OXŞAR XƏBƏRLƏR