Vaşinqtonda İsrail və Livan arasında görüş başlayıb

Vaşinqtonda İsrail və Livan arasında görüş başlayıb
DÜNYA
20:01 14.04.2026
295
Vaşinqtonda İsrail və Livan arasında indiyədək ən yüksək səviyyəli üzbəüz görüş baş tutub.

Görüş ABŞ diplomatlarının vasitəçiliyi ilə keçirilib.

Müzakirələrin əsas mövzuları tərəflərin fərqli gündəmlərini ortaya qoyub. İsrail "Hizbullah”ın silahsızlaşdırılmasını və gələcək sülh razılaşmasının perspektivlərini müzakirə etmək niyyətindədir. Livan isə ilk növbədə ölkə ərazisində atəşkəsin təmin olunmasına çalışır.

Ekspertlər İsrailin atəşkəsə razı olmaması səbəbindən görüşdən ciddi nəticə gözlənilmədiyini bildirir.

/APA
OXŞAR XƏBƏRLƏR