Türkiyə və Pakistan XİN rəhbərləri ABŞ-İran danışıqlarını müzakirə edib

Türkiyə və Pakistan XİN rəhbərləri ABŞ-İran danışıqlarını müzakirə edib
DÜNYA
21:02 14.04.2026
696
Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı İshaq Dar ilə ABŞ və İran arasında gözlənilən danışıqları müzakirə ediblər.

Bu barədə TASS agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Hakan Fidan və İshaq Dar telefon danışığında yaxın günlərdə atılacaq addımları nəzərdən keçiriblər.

Türkiyə XİN rəhbəri eyni mövzunu iranlı həmkarı ilə də müzakirə edib.
OXŞAR XƏBƏRLƏR