Aynur Camalqızı Əli Kərimlini ifşa etdi - KÖŞƏ

Aynur Camalqızı Əli Kərimlini ifşa etdi - KÖŞƏ
KÖŞƏ
12:15 25.08.2012
3435
Aynur CAMALQIZIElçibəyi zəhərləyiblər!!! Zəhərləyiblərmi?..Neçə gündür müxalif cameə bir cümləlik bu sualla nidanın arasında vurnuxur. Çoxluğun iddiası budur ki, Elçibəy zəhərlənməyib, bu, mümkün deyil. O, xərçəng xəstəliyindən dünyasını dəyişib...Nəyin necə olduğunu, hansı səbəbdən baş verdiyini, baş verənlərin ən düzünü təbii ki, yalnız Allah bilir. Mən bu gün bu mövzuda həvəslə, hətta həddən ziyadə həvəslə danışanların, Elçibəyin zəhərlənməsini mümkünsüz sayanların heç birinə inanmıram. Çünki yaxşı xatırlayıram ki, bir vaxtlar - Elçibəyin vəfatından sonrakı uzun müddət ərzində müxalifət kuluarlarında bu məsələ ciddi-cəhdlə müzakirə olunurdu. Hər kəs - bilən də, bilməyən də təkidlə iddia edirdi ki, Elçibəyi HAKİMİYYƏTİN ADAMI zəhərləyib...Hakimiyyətin o vaxtkı adamı hər kəsin nəzərində istisnasız olaraq Əli Kərimliydi...On iki il əvvəlin Fəxri Xiyabanını bəlkə də, unudanlar unudub, amma mən yaxşı xatırlayıram: qadınlar tüpürürdü, hücum edirdi, az qala parçalamağa cəhd edirdi Əli Kərimovu - onda hələ Kərimli deyildi -, kişilər nifrətlə üzlərini yana çevirirdilər. İki qüvvə üz-üzəydi: kərimovçular Elçibəyçilərə qarışmırdı. Qarışa bilmirdi. Çünki buna imkan verən yoxuydu. Hamı bir nəfərin sifətində qətlin, xəyanətin izlərini axtarırdı, görürdü, bəlkə də, görmək istəyirdi və üzünü yana çevirirdi...Mən bu məlum zümrənin sədaqət, doğru-dürüstlük, əqidə haqqında baxışlarının qüsurluluğundan nəinki şübhələnirəm, artıq bu məsələnin hər hansı şəkildə müzakirəyə çıxarılmasını vaxt itkisi hesab edirəm. Atalarımız yəqin, belə məqamlarda belələri üçün deyib: “Görünən dağa nə bələdçi?..”Dağımız da, bağımız da budu. Yəni artıq məsələ öz ciddiyyətini gerçəkdən itirib. Elçibəy haqqında öz mirzələrinə “sifilis xəstəsi” yazdıran, Elçibəyi həm bütövlükdə siyasi səhnədən, həm də Xalq Cəbhəsinin rəhbərliyindən uzaqlaşdırmaq üçün “Yurd”un fəaliyyətindən gen-bol yararlanan, Elçibəyin imzasını saxtalaşdıran, AXCP-nin Xaqani 33 ünvanındakı keçmiş qərargahında oturmağa normal bir otaq ayırmayan sanki heç Əli Kərimli deyilmiş, belə şeylər heç baş verməyib. O, heç Elçibəyə xəyanət etməyib, hakimiyyətin masası qarşısında oynamayıb, heç Elçibəy də heç kəsin yanında “Əlinin bir qolundan mən tutmuşam, o birindən hakimiyyət. Mən bu yana dartıram, onlar o yana...” deməyib. Əli Kərimli bir fədaidir, xalq qəhrəmanıdır, keçmişi unutmaq və ona biət etmək lazımdır...Bunumu istəyirsiz, müxalifət düşərgəsinin bütün ciddi adamları?!.Bütün ciddiyyətinizlə istədiyiniz budurmu?..Hafiz Hacıyev AXC hakimiyyəti dönəmində nazir işləyəndə ciddiydi, o, hətta 2010-cu ilin parlament seçkilərindən sonra hakimiyyətin əleyhinə sərt çıxışlar edib İsa Qəmbərlə Əli Kərimliyə müttəfiqlik təklif edəndə də ciddiydi, “biz qardaşıq, qardaşlar arasında söz-söhbət ola bilər, üç qardaş əl-ələ verib bunları hakimiyyətdən salacağıq” bəyanatını verəndə də ciddiyyətinin və səmimiyyətinin söhbəti yoxuydu. Deyilmirdi ki, “qardaş”ın dediklərini ciddiyə almayın. Amma indi Hafiz Hacıyev ciddi-ciddi Respublika Prokurorluğuna müraciət edəndə yada düşür ki, məsələ xeyli dərəcədə qeyri-ciddidir, Hafiz Hacıyevi xalq yaxşı tanıyır...Yaxşı, bəs bu qeyri-ciddi məsələyə bu qədər CİDDİ yanaşmanı nə ilə izah edək?.. Az qala müxalifətdə danışa bilən hər kəsi danışdırıblar ki, Əli Kərimli Elçibəyi zəhərləməyib. Gülməli deyilmi, bu narahatlıq, çaşqınlıq, təlaş nə üçündür? Bəlkə, prokurorluq Hafiz Hacıyevin şikayətini araşdırandan sonra təsdiqləyəcək ki, doğrudan da, zəhərləmə-filan olmayıb?.. Yəni mən müxalifət qəzetlərindəki hay-küyü, təşvişi anlaya bilmirəm ki, bütün müxalifətçilər niyə AXCP sədrinin vəkili rolundadı?..Buna nə ehtiyac var, nə lüzum var? Bəs sizin dediyiniz və ya istədiyiniz olmasa, nə deyəcəksiz?“Azadlıq”ı vərəqləyəndə mənə elə gəlir ki, artıq müxalif cameə şüuraltı olaraq Əli Kərimlini əli-qolu bağlı, dəmir barmaqlıqlar arasında görür, o, həbs olunub. Ya da müxalif düşərgə təhtəlşüuri bunu arzulayır, belə olmasını istəyir və istintaqın məhz onların istədiyi və arzuladığı kimi bitməsini gözləyir.Çünki heç kəs demək istəməsə də, dilinə gətirməsə də, hər kəs bilir ki, Elçibəy zəhərlənib...Mənən, ruhən zəhərlənib...
OXŞAR XƏBƏRLƏR