Aynur Yusifova Azərbaycan və Özbəkistan qardaşlığına mahnı həsr etdi - VİDEO

Aynur Yusifova Azərbaycan və Özbəkistan qardaşlığına mahnı həsr etdi - VİDEO
MAQAZİN
11:35 01.09.2026
57
Azərbaycanda ilk dəfə olaraq Azərbaycan və Özbəkistan dostluğuna və qardaşlığına həsr edilən musiqi layihəsi hazırlanıb.

"AZXƏBƏR Media"nın təşəbbüsü ilə həyata keçirilən layihəni tanınmış müğənni Aynur Yusifova ifa edib.

Layihə rəhbəri Hacıbəy Heydərli deyib ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə münasibətlər ən yüksək səviyyədədir:

"İki dost və qardaş ölkəni yalnız dövlətlərarası münasibətlər deyil, eyni zamanda ortaq tarix, dil, mədəniyyət, adət-ənənələr və mənəvi dəyərlər birləşdirir. Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri xalqların bir-birinə olan sevgisi və qarşılıqlı ehtiramı ilə daha da möhkəmlənir. Bu cür yaradıcı layihələr iki xalqın bir-birinə daha yaxından tanıdılması, mədəni əlaqələrin genişləndirilməsi və qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır.

Mahnının ifaçısı Aynur Yusifova qeyd edib ki, musiqinin insanları və xalqları birləşdirən universal bir vasitə olması nəzərə alınaraq, Azərbaycan-Özbəkistan dostluğunun məhz musiqi dili ilə ifadə edilməsi məqsədəuyğun hesab edilib.

Aynur Yusifovanın bundan əvvəl Özbəkistan və Türkiyəyə həsr etdiyi "Sizinlədir, Azərbaycan" mahnısı hər iki ölkədə böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə 20 milyona yaxın izlənmə toplayıb.

Qeyd edək ki, "Azərbaycan - Özbəkistanın mahnısının sözləri Anar Əhmədə, musiqisi Səbinə Paşaqızına, mix-masteri Elvin Salmana aiddir. Klipin operatoru Rüfət Adampara, montajı və rejissoru isə Əli Cəfərliyə aiddir.

Həmin ifanı təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR