Ayrıldığı qadını 12 güllə ilə öldürdü – HÖKM OXUNDU

Ayrıldığı qadını 12 güllə ilə öldürdü – HÖKM OXUNDU
DÜNYA
00:24 21.10.2026
161
Türkiyənin Diyarbəkir şəhərində 22 yaşlı İlayda Alkaşı qətlə yetirən Cemal Alpaslan ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Diyarbəkir 7-ci Ağır Cinayət Məhkəməsində keçirilən iclasda Alpaslan qəsdən adam öldürməkdə təqsirli bilinib. O, lisenziyasız silah saxlama cinayətinə görə də 2 il 6 ay həbs və 20 min Türkiyə lirəsi məbləğində cərimə alıb.

Hadisə 2025-ci il iyulun 15-də baş verib. Ailəsi ilə evə qayıdan İlayda Alkaş ayrıldığı Alpaslanın silahlı hücumuna məruz qalıb. Gənc qadının bədənində 12 güllə yarası aşkarlanıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qaçan Alpaslan beş ay sonra, dekabrın 15-də Habur Sərhəd Keçid Məntəqəsində saxlanılıb.

Məhkəmədə törətdiyi əmələ görə peşman olduğunu bildirən təqsirləndirilən şəxs hadisə zamanı əsəbiləşərək təsadüfi atəş açdığını iddia edib. Müdafiə tərəfi cəzanın azaldılmasını istəsə də, məhkəmə ağırlaşdırılmış ömürlük həbs hökmü çıxarıb.
 
///sfera///
OXŞAR XƏBƏRLƏR