"Gəzi Parkı” hadisələri ilə bağlı həbs olunan menecer Ayşe Barım bu gün ilk dəfə hakim qarşısına çıxıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki Serenay Sarıkaya, Merve Dizdar, Hande Erçel, Halit Ergenç, Bergüzar Korel, Metin Akdülger, Zerrin Tekindor, Ezgi Mola, Selma Ergeç, Hakan Kurtaş, Birce Akalay kimi məşhurlar onu dəstəkləmək üçün məhkəmənin keçirildiyi binaya gəliblər.
Ağlayaraq özünü müdafiə edən menecer haqqında səsləndirilən ittihamları qəbul etməyib.
Ayşe Barımın həbsinin davam etdirilməsinə qərar verilib.
Növbəti məhkəmə oktyabr ayının 1-nə təin olunub.
Aysel