İyun ayının 25-i ər evindən yoxa çıxan 26 yaşlı Əliyeva Aysel Tahir qızı axtarılır.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, iki uşaq anası olan Ayseli qayınanası tapmaq üçün "Səni axtarıram"a üz tutub.
Qaynana "Aysel 7 il idi evimdə gəlin idi. Bir-birini istəyib, ailə qurublar. Oğluma deyir ki, "Mən səninlə uyğunlaşa bilmirəm. Sən mənim istədiyim kişi deyilsən". 1 ildir oğlumu otağa buraxmır. Girir içəri, qapını bağlayır. Nəvələrimi də saatla göstərir məni" deyib.
Məqsədi nəvələrinə qovuşmaq olduğunu deyən qayınananın şok iddiaları videoda: