Bu gənc fəal bələdiyyə sədri seçildi

Bu gənc fəal bələdiyyə sədri seçildi
SOSİAL
14:24 11.04.2025
377

Gənc fəal Astara bələdiyyəsinin sədri seçilib.

AZXEBER.COM Yurd.media-ya istinadən xəbər verir ki, Astara bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib.

15 bələdiyyə üzvünün iştirakı ilə keçirilən iclası bələdiyyənin ən yaşlı üzvü Azər Hüseynov aparıb.

İclasda bələdiyyənin sədri, sədr müavinləri və katibi seçilib. Müzakirələrdən sonra gənc fəal Bədii Məmmədova yekdilliklə sədr, Ramin Şiriyev və Azər Hüseynov sədr müavinləri, Gülayə Babazadə isə bələdiyyənin katibi seçiliblər.

Sədr, sədr müavinləri və katib onlara göstərilən etimada görə bələdiyyə üzvlərinə təşəkkürlərini bildirməklə yanaşı, bu etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, sədr seçilən Bədii Məmmədova 2081 səs yığaraq təsdiq olunan üzvlərin siyahısında birinci yeri tutub.


OXŞAR XƏBƏRLƏR