AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov S. Əlizadənin bu ay partiyaya üzv olmaq üçün ərizə ilə müraciət etdiyini və gənc ifaçının YAP-ın sıralarına qəbul olunduğunu bildirib.
YAP üzvlərinin sayının 530 min nəfərə çatdığını, bunun da 40 faizinin gənclər təşkil etdiyini vurğulayan Ə.Əhmədov qeyd edib ki, partiya gənclərimizin potensialının, istedad və bacarıqlarının aşkara çıxarılması üçün geniş imkanlar yaradır.
S.Əlizadənin keçən il “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı layiqincə və yüksək səviyyədə təmsil etdiyini vurğulayan Ə.Əhmədov gənclərimizi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırıb.
S.Əlizadə YAP-a üzv qəbul olunduğuna görə partiya rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Səfurədən əvvəl daha bir Eurovision iştirakçısı Aysel Teymurzadə də hakim partiyaya üzv olmuşdu