"Anama kömək etmək üçün salonların birində köməkçi işləmişəm. Həmin vaxt universitet məsələm var idi, anama yardım etməliydim. Yanımızda salon var idi. Dedim ki, gedib işə düzəlim. Nə qazansam dəstək olar".
AZXEBER.COM xəbər verir ki, bu sözləri "MTV xəbər"ə açıqlamasında müğənni Aysel Əlizadə deyib.
Bir zamanlar şəxsi həyatında maddi sıxıntılar yaşayan Aysel günü 1 AZN-ə salonda çalışdını etiraf edib:
"Salondakı xanımın da köməkçiyə ehtiyacı yox idi, amma ürəyi ağrımışdı, günə 1 AZN verirdi. Saç kəsirdilər, süpürürdüm və 1 AZN qazanırdım. O pul mənim üçün çox böyük məbləğ idi".