"Ayselin səsi yoxdur, ona görə də soyunur ki ..." - FOTOLAR

"Ayselin səsi yoxdur, ona görə də soyunur ki ..." - FOTOLAR
MAQAZİN
16:01 11.02.2014
10213
Son zamanlar azərbaycanlı gənc xanım müğənnilər sosial şəbəkələrdə ifalarından çox, açıq-saçıq şəkillərini paylaşmaqla məşhurlaşmaq istəyirlər.
Showlife.Az xəbər verir ki, belə müğənnilərdən biri də gənc ifaçı Aysel Əlizadədir. Aysel Əlizadanin sosial şəbəkələrdəki profillərinə baxanda onun müğənnidən daha çox, modelə bənzətmək olar. Müğənni əksər fotolarını  müxtəlif gecə klublarından, barlardan, restoranlardan açıq-saçıq şəkildə paylaşır. 
Uzun müddət səhnədən kənar qalan müğənni deyəsən, məhz bu yolla gündəmdə qalmaq istəyir. Bir müddət öncə 160 min manatlıq avtomobilini reklam edən ifaçı  bu maşını hansı pula aldığı haqda suallara cavab verməkdən nədənsə yayınır. Ancaq cəmiyyət və sosial şəbəkə istifadəçiləri avtomobili görən kimi onun necə alındığı haqda fikirləri yazdılar. Həmin şərhlər etik çərçivədən kənar olduğuna görə, onları işıqlandırmırıq. 
Showlife.Az məsələnin aktuallığını nəzərə alaraq, sosial şəbəkələrdə bununla bağlı sorğu keçirib: 
Xeyrulla Həsənov adlı istifadəçi yazıb ki, bunlar müğənni deyil, şeytandırlar. Günah bunları üzə çıxaranlardadı. 
İsmayıl Quliyev adlı istifadəçi yazıb ki, bu qız bir müddət səhnədən uzaqlaşdı, o zaman gündə bir oğlanla gəzirdi, indi də bu şəkillərlə onlara mesaj verir.
İlahə Ahmədzadə adlı istifadəçi yazır ki, bu özü də bilir ki, buna heç kim qulaq asmır onunüçün soyunur.
Pərvin Mirzəli  adlı istifadəçi yazır ki, hərənin bir zövqü var ama bu cür geyim bizim xanımlara yaraşmır...yenə də özləri bilər hamı özünə cavabdehdir... 
Orxan Əliyev yazır ki, bunun nə mahnısı var ki? Bunun ancaq bədəni var və onu auksiona çıxarır"
Qeyd edək ki, bu sosial şəbəkələrdə gələn ən etik şərhlərdir. Ancaq görünən odur ki, bəzi müğənnilərimizə cəmiyyətin rəyi maraqlı deyil. Əgər belə olmasaydı, onlar açıq-saçıq fotosessiyalarını deyil, bir dəfə də olsun canlı ifalarını paylaşardılar
OXŞAR XƏBƏRLƏR