Müğənni Aysun İsmayılova qızı Sevgi ilə bağlı açıqlamalar edib.
AZXEBER.COM xəbər verir ki, sənətçi qızının üzünü bir yaşı tamam olanda göstərməyi planladığını deyib.
O, aldığı reklam təkliflərindən də danışıb:
"Düşünürdüm ki, Sevginin üzünü bir yaşında göstərərəm. Amma indi işlər bir az dəyişib. İki böyük şirkət var ki, bizimlə çalışmaq istəyir. Ana bala olaraq simaları olmağımızı istəyirlər. Qonarar təbii ki, çox yüksəkdir. Əvvəl iki idi, bu açıqlamanı verəndən sonra şirkətlər 6 olub. Dayanmadan zəng edirlər. Biz düşünüb daha yaxşısını seçəcəyik. Dediyim məbləğlə razılaşsalar, ola bilsin ki, ad günündən də qabaq qızımı görə biləcəksiniz".
Aysel