Aysunun sözləri Rəqsanəylə yol polisini üz-üzə qoydu - VİDEO

MAQAZİN
14:30 04.02.2014
3812
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov növbəti dəfə müğənni Rəqsanə İsmayılova haqda danışıb.
AZXEBER.COM xəbər verir ki, “Günəbaxan” verilişinə qonaq olan V.Əsədov deyib ki, Rəqsanə bundan öncə dəfələrlə qəza törədib və onun sürücülük vəsiqəsi bu səbəbdən əlindən alınıb. Əsədov Rəqsanənin qızı haqda da danışıb və onu ərköyün adlandırıb:
"Mənim əlimdə Rəqsanənin qızı ilə bağlı bir sübut yoxdur ki, onun haqda nəsə deyim. Xanımın bu ifadələri yol polisinin fəaliyyətinə zərbə vurmaq deyil. Biz bunu kiçik yaşlı qızın anası ilə öyünməsi halı kimi qiymətləndiririk. Bu cür səhvlərin bir də təkrarlanmayacağına inanırıq. Bildiyiniz kimi, Rəqsanə xanım bundan öncə də qəza törədib və buna görə də onun sürücülük vəsiqəsi məhdudlaşdırılıb”.
Xatırladaq ki, bir müddət öncə müğənninin qızı "Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar” sözlərini demişdi, bu söz ictimaiyyət tərəfindən birmənalı qarşılanmamış və DYP məsələylə bağlı açıqlama verməyə məcbur olmuşdu.
OXŞAR XƏBƏRLƏR