Ukraynada Azərbaycan mədəniyyəti günləri çərçivəsində musiqimizə, tariximizə və ədəbiyyatımıza həsr olunan çoxsaylı tədbirlər keçirilib.
AZXEBER.COM xəbər verir ki, "Azərbaycan-Ukrayna” alyansının rəhbəri Elmar Məmmədovun Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ilə görüşü keçirilib.
Görüş zamanı Mədəniyyət Günləri çərçivəsində ifa olunacaq musiqilər müzakirə olunub.
Azərbaycan musiqinin klassiklərindən şedevr əsərləri və xalq mahnılarını ifa etmək üçün müğənni Aytac Vidadiqızı dəvət olunub.
Alyansın rəhbərinə eyni zamanda Siyavuş Kəriminin müşaiyəti ilə Aytac Vidadıqızın bir neçə ifası də təqdim olunub.
Müğənninin həmçinin Ukraynada konserti də planlaşdırılır. O, yaxın günlərdə Siyavuş Kərimidən bir neçə mahnı təqdim edəcək.
Qeyd edək ki, Azərbaycan mədəniyyət günləri Lvov şəhərində dekabr ayının 9-dan start götürəcək.


