Bu sözləri Showlife.Az-a açıqlamasında müğənni Natavan Həbibinin prodüseri Roland Bayramov deyib.
O bildirib ki, ANS-in efirində gedən süjet haqda məlumatları var və buna cavab veriləcək: Biz hər şeyi görürük və bilirik ki, bunları kimlər təşkil edir. Ancaq bu ölkənin qanunları var və qanun hər şeydən alidir. Bir daha qeyd etmək istəyirəm ki, Laçının işğal günü may ayının 18-dir. Bunu dövlətimiz də, Mədəniyyət və Turizm nazirliyi də təsdiqləyib. Kimsə verilişində ucuz reytinq arxasınca qaçırsa, bu bizim problemimiz deyil.
Prodüseri həmçinin qeyd edib ki, Natavan konsertinə hazırlaşır və bu cür söz-söhbətlərlə maraqlanmır.